3754 nəfər peşə məktəblərinə qəbul olunub

  06 Sentyabr 2019    Oxunub : 1033
3754 nəfər peşə məktəblərinə qəbul olunub
2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsinin nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsi (surəti), 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 6-10 sentyabr tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Azvision.az

Teqlər: Peşə