Bu il yüksək balla işə qəbul olunan müəllimlərin SİYAHISI

  06 Sentyabr 2019    Oxunub : 5848
 Bu il yüksək balla işə qəbul olunan müəllimlərin SİYAHISI
Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 54 687 namizəd müraciət edib. Onlardan 48 204 nəfəri imtahana dəvət olunub. 41 288 namizəd müsabiqənin imtahan mərhələsinə qatılıb.
Azvision.az xəbər verir ki, vakansiya seçimi mərhələsində iştirak edən 23 609 namizəddən 14 003 nəfər elektron ərizəsini təsdiqləyib. Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində ümumilikdə 3 292 namizəd iştirak edib

Qeyd edək ki, bu il müsabiqəyə respublika üzrə 7 mindən artıq vakant yer çıxarılıb. Avqustun 28-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə yerləşdirmə mərhələsi keçirilib. Sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi yekunlaşıb və nəticələr açıqlanıb. Nəticələrə əsasən, müsahibədən keçənlər müddətli müqavilə ilə işə qəbul ediliblər.

Bu il müəllimlərin işə qəbul imtahanlarında ən yüksək nəticəni göstərən şəxs Məmmədova Süsən Elxan qızıdır. O, bütün suallara düzgün cavab verməklə maksimim 60 bal toplayıb.

Azvision.az bu il yüksək balla işə qəbul olunan müəllimlərin siyahısını təqdim edir:



Şahanə Rəhimli
Azvision.az

Teqlər: Müəllim   Məktəb   İmtahan