Kolleclərə qəbul olanların qeydiyyatı başlayıb

  06 Sentyabr 2019    Oxunub : 955
Kolleclərə qəbul olanların qeydiyyatı başlayıb
Sentyabrın 6-dan tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, abituriyentlər sentyabrın 11-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Azvision.az

Teqlər: DİM   Kollec