"Neftçi” – "Arsenal” oyununun biletləri satışda

"Neftçi” – "Arsenal” oyununun biletləri satışda
  29 İyul 2019    Oxunub:2532
Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Arsenal” (Tula) oyununun biletləri bu gün satışa çıxarılıb.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, qiyməti 2 (sektor: 1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) AZN təşkil edən biletləri "Bakcell Arena” stadionunun kassalarından, həmçinin "Rahat market”in "Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), "Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), "Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi ("Azadlıq” metrostansiyasının yanı), "Metropark” mağazalarından və "Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə etmək mümkündür.

Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletlər yalnız "Bakcell Arena”nın kassalarında satılacaq.

Xatırladaq ki, avqustun 1-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Arsenal” oyunu saat 21:00-da başlayacaq.

Azvision.az




Teqlər: Neftçi   Arsenal   Avroliqa  





Xəbər lenti