Nazirlik: Gücləndirilmiş iş rejiminin vaxtı uzadıldı

Nazirlik: Gücləndirilmiş iş rejiminin vaxtı uzadıldı
  06 İyun 2019    Oxunub:2725
Ramazan bayramı ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin(DANX) gücləndirilmiş iş rejiminin vaxtı iyunun 10-na qədər uzadılıb.
Azvision.az xəbər verir ki, bu barədə DANX-nın mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

O bildirib ki, bölgə avtovağzallarından əvvəlcədən bilet əldə edən sərnişinlərlə bağlı daxil olan statistikaya əsasən, bayramı həftəsonuna qədər regionlarda keçirəcək vətəndaşların rahat şəkildə daşınmasını həyata keçirmək məqsədilə beləqərar qəbul edilib.

"Daha əvvəl bu rejim ayın 7-nə qədər olan dövrü əhatə edib və ümumilikdə bu gün ərzində regionlardan paytaxta sərnişin axınının üstünlük təşkil edəcəyi gözlənilir. Bu saata qədər 11 770 sərnişin regionlardan paytaxta daşınıb. Günün sonuna qədər bu rəqəmin 19 000-ə yaxın olacağı gözlənilir. Bayram səfərindən istifadə edib həftə sonunu bölgələrdə keçirəcək sərnişinlər istirahətlərini başa vurduqdan sonra paytaxta geri dönüş zamanı ehtiyat avtonəqliyyat vasitələri ilə təmin olunacaqlar”.

N. Allahyarova avtobus sürücüləri ilə bərabər, sərnişinlərə də müraciət edib: “Bayram günlərində magistral yollardakı sıxlığı nəzərə almadan idarə etdikləri avtonəqliyyat vasitəsinin sürət həddini artıran, avtonəqliyyat vasitəsini təhlükəli idarə edən sürücülərlə bağlı 012 566-52-58 nömrəsinə avtobusun dövlət nömrə nişanı barədə məlumat versinlər”.

Azvision.az



Teqlər: DANX   Bayram  





Xəbər lenti