Həyətində çətənə əkən şəxs saxlanılıb

Həyətində çətənə əkən şəxs saxlanılıb
  05 İyun 2019    Oxunub:1603
Şabran rayon sakininin həyətində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar olunub.
Daxili İşlər Nazirliyinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq keçirilən tədbirlər çərçivəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Söhrab Əhmədova məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanıb. Hal şahidlərinin iştirakı ilə həmin sahəyə baxış zamanı oradan yaş çəkisi 1550 qram təşkil edən hündürlüyü 37-118 sm olan 15 ədəd çətənə kolu (kannabis) aşkarlanıb.

Götürülən maddi sübutlar bioloji ekspertizaya təqdim edilib.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını mart ayında əkdiyini və şəxsi istifadəsi üçün becəydiyini bildirib.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Azvision.az




Teqlər: Şabran   Narkotik  





Xəbər lenti