Quldurluqla məşğul olan şəxslər saxlanılıb

Quldurluqla məşğul olan şəxslər saxlanılıb
  05 İyun 2019    Oxunub:1671
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Lüvəsər kənd sakini T.Cəfərov mayın 27-də saat 1 radələrində yaşadığı evə pəncərədən girmiş 3 maskalı şəxsin oradan oğurluğa cəhd göstərməsini bildirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Talışlı kənd sakini H.Əlizadə, Haftonu qəsəbə sakinləri O.Əliyev və E.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb. Onlardan maska, əlcək, bıçaq və kəlbətin götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Lənkəran   Quldurluq  





Xəbər lenti