Məşhur Hollivud prodüseri İsrail casusu çıxdı

Məşhur Hollivud prodüseri İsrail casusu çıxdı
  26 Noyabr 2013    Oxunub:1364
“Gözəlçə”, “Döyüşçü klubu”, “Bir Dəfə Amerikada” və s. məşhur filmlərin prodüseri Arnon Milçan özü bunu etiraf edib
AzVision.az Qərb mətbuatına istinadən xəbər verir ki, İsrailin “Channel 2” telekanalına müsahibə verən Milçan casus fəaliyyətindən, o cümlədən İsrailin nüvə proqramı üçün texnologiyalar əldə etməsindən danışıb.
Hollivudda tanındıqdan sonra belə ikili həyatını davam etdirən Milçan casusluq fəaliyyətindən peşman olmadığını bildirib. “Mən bunu öz ölkəm üçün etmişəm və bununla fəxr edirəm”.

İki dəfə “Oskar” laureatı olan aktyor Robert de Niro isə İsrail televiziyasına müsahibəsində Hollivudda Milçanın casus olması barədə şayiələrin gəzdiyini bildirib. “Mən eşitmişdim ki, o casus idi. Bir dəfə mən bu barədə ondan soruşdum və o, İsrailə işlədiyini, ölkəsi naminə hər şey etməyə hazır olduğunu bildirdi”.
68 yaşlı Arnon Milçan “New Regency” kompaniyasının əsasını qoyub və 1970-ci ildən bəri 120 filmin istehsalına rəhbərlik edib. Prodüser kimi Martin Skorseze, Roman Polanski, Sercio Leone, Oliver Stoun və digər tanınmış rejissorlarla əməkdaşlıq edib.

Xatırladaq ki, 2011-ci ildə Meir Doron və Yosef Gelmanın “Məxfi: Hollivud maqnatı olan gizli agent Arnon Milçanın gizli həyatı” adlı sənədli romanı işıq üzü görmüşdü. Kitabda Milçanın hazırki İsrail prezidenti Şimon Peres tərəfindən casusluq fəlaiyyətinə cəlb olunduğu iddia olunurdu.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti