DİN estafet qaçışı üzrə yarış keçirib
Daha sonra yarışa start verilib.
Turnirə qatılmış 10 komandanı təmsil edən 60 idmançı əməkdaş öz bacarığını sınayıb.
Yarışın proqramına daxil olan 1000 metr məsafəyə estafet qaçışında Əlahiddə Çevik Polis Alayının əməkdaşları finişə hamıdan tez çataraq turnirin qalibi olublar. Daxili Qoşunların Baş İdarəsinin hərbçiləri ikinci, Sumqayıt Şəhər Polis İdarəsinin təmsilçiləri isə komanda hesabında üçüncü yeri qazanıblar.
Yarışı baş hakim, DİN İdman Cəmiyyətinin İdman təlimi bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırovun rəhbərlik etdiyi hakimlər briqadasının üzvləri - polis polkovnik leytenantları Elnur Həsənov, Seymur Qurbanbəyov, Munir Orucov, Mahir Əhmədov və polis mayoru Əlişan Tunc idarə ediblər.
Qalib komandaların kapitanlarına, məşqçilərinə və üzvlərinə kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub.
Azvision.az