DSX rəisi sərhəddə Gürcüstan rəsmisi ilə görüşüb
29 may Bakı şəhərində baş tutacaq futbol üzrə Avropa Liqasının final oyununa tamaşa etmək üçün hava, dəmiryolu və avtomobil nəqliyyatı ilə Gürcüstandan ölkəmizə gələcək azarkeşlərin dövlət sərhədindən buraxılış məntəqələrindən sadələşdirilmiş qaydada keçmələri, bu kateqoriyadan olan şəxslər və onların nəqliyyat vasitələri üçün xüsusi keçid şəraitinin yaradılması üzrə məsələlər nəzərdən keçirilmiş və razılaşdırılıb.
Görüşdə sərhəd təhlükəsizliyinin təminatı üçün Azərbaycan və Gürcüstan sərhəd mühafizə orqanları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyi qeyd edilib. Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.
Azvision.az
Teqlər: DSX