“Keşikçidağ” sərhəd xidmətləri tərəfindən qorunur - Xələf Xələfov

“Keşikçidağ” sərhəd xidmətləri tərəfindən qorunur -  Xələf Xələfov
  27 May 2019    Oxunub:2440
"Keşikçidağ" Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunur və qorunmaqda davam etdirilir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini bildirib ki, beynəlxalq hüquqa əsasən, SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası və Gürcüstan avtomatik olaraq aralarında mövcud olan əvvəlki inzibati sərhədlərin varisi olublar. Sonradan bu sərhədlər dövlət sərhədləri oldu və iki ölkənin sərhəd xidmətlərinin nəzarəti altına keçdi:

"Gürcüstanlı zəvvarların “Keşikçidağ” qoruğunun ərazisində yerləşən mağaralara keçidləri, gürcü tərəfinin xahişinə və qarşılıqlı razılaşmaya əsasən, Azərbaycan sərhədçilərinin nəzarəti altında gerçəkləşirdi. Belə vəziyyət bu gün də davam edir. Öz ərazisində bəzi təsərrüfat və ya digər işlərin həyata keçirilməsinə gəldikdə isə, bu hər bir tərəfin suveren hüququdur".

Azvision.az


Teqlər: Keşikçidağ   XİN  





Xəbər lenti