Təbiətdən tarixə... - FOTOREPORTAJ

Təbiətdən tarixə... -  FOTOREPORTAJ
  27 May 2019    Oxunub:3165
Şəki şəhərində “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi”ndə “Təbiətdən tarixə” adlı Beynəlxalq Keramika Simpoziumu keçirilir. 20 may tarixindən 2 iyunadək davam edəcək simpozium ölkəmizdə keramika sahəsi üzrə ilk beynəlxalq və irimiqyaslı tədbirdir.
Simpoziumda 14 xarici ölkədən 22 nəfər - Azərbaycan (3 nəfər), Türkiyə (1 nəfər), Rusiya (5 nəfər), Ukrayna (2 nəfər), Polşa (2 nəfər), Çexiya (1 nəfər), Latviya (2 nəfər), İraq (1 nəfər), Norveç (1 nəfər), Brazilya (2 nəfər), Tunis (1 nəfər), Banqladeş (1 nəfər), İordaniya (1 nəfər), Qırğızıstan (1 nəfər) və Monqolustandan (1 nəfər) olan sənətkarlar iştirak edir.

İki həftə ərzində iştirakçılar Keramika və Tətbiqi Sənət Mərkəzində heykəltaraşlıq kompozisiyaları yaradacaq, peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə təcrübə mübadiləsi aparılacaq, Simpozium ziyarətçiləri keramika sənətinin müasir tendensiyaları ilə tanış olacaqlar. Həmçinin Azərbaycan mədəniyyəti təbliğ ediləcək və Simpoziumun iştirakçılarının keramika əsərlərindən ibarət kolleksiya hazırlanacaq.

Azvision.az -ın simpoziumdan hazırladığı fotoreportajı təqdim edirik:















































Foto Şahin Sərdərov
Azvision.az


Teqlər: Şəki   Sumpozium  





Xəbər lenti