Lənkəran polisindən narkotik əməliyyatı

  27 May 2019    Oxunub : 596
Lənkəran polisindən narkotik əməliyyatı
Polis əməkdaşları tərəfindən Lənkəranda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş əməliyyat məlumatı əsasında şəhər sakini O.Quluzadənin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə keçirdikləri baxış zamanı oradan çəkisi 4,2 kiloqrama yaxın tiryək və 485 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi cinayət işi başlanılıb.

Azvision.az

Teqlər: Lənkəran   Tiryək