Avtomobil qaçıran 20 yaşlı oğlan saxlanılıb

  25 May 2019    Oxunub : 773
Avtomobil qaçıran 20 yaşlı oğlan saxlanılıb
Şəmkirdə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayonun Yeniyol kənd sakini Rəhman Babayev kənd ərazisində ona məxsus “VAZ 2106” markalı avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını bildirib.

Daxil olmuş müraciət əsasında RPŞ-nın əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb. Keçirilən tədbirlər nəticəsində vətəndaşa məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Şəmkir rayon Qaracəmirli kənd sakini 20 yaşlı Asiman Alıyev saxlanılıb.

Araşdırmalarla məlum olub ki, A.Alıyev qaçırdığı avtomobildən 300 manat nağd pulu və 4 ədəd səsgücləndiricini də götürərək satmaq üçün rayonun Təzəkənd ərazisində gizlədib.

Faktla bağlı araşdırma davam etdirilir.

Azvision.az

Teqlər: DİN   Maşın   Şəmkir