Bakı-Sabunçu qatarının hərəkət cədvəli açıqlanıb

  25 May 2019    Oxunub : 2408
Bakı-Sabunçu qatarının hərəkət cədvəli açıqlanıb
Bakı şəhərətrafı dairəvi dəmir yolunun Bakı-Sabunçu-Bakı sahəsində bərpa işlərinin başa çatdırılması ilə əlaqədar olaraq Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti təyin edilib.
Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən Azvision.az -a verilən məlumata görə, qatarlar 25, 26, 27, 28, 29 may 2019-cu il tarixlərdə aşağıdakı hərəkət cədvəli üzrə hərəkət edəcək.

25 may 2019-cu ildən 29 may 2019-cu ilədək (daxil olmaqla)



30.05.2019-cu il tarixdən etibarən qatarların yeni hərəkət cədvəli haqqında əlavə məlumat veriləcək.

Qeyd edilib ki, hər şənbə, bazar və bayram günləri 6031/6032, 6033/6034, 6039/6040 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

Azvision.az

Teqlər: Sabunçu   Qatar