"Çelsi" və "Arsenal" azarkeşləri üçün 40 avtobus ayrılıb

"Çelsi" və "Arsenal" azarkeşləri üçün 40 avtobus ayrılıb
  25 May 2019    Oxunub:2443
Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib.
Azvision.az -ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, qurum mayın 30-dək gücləndirilmiş rejimdə çalışacaq: "Martın 19-da kordinasiya şurası yaradılıb. Şuraya Bakı Nəqliyyat Agentliyi rəhbərlik edir. Yarış ərəfəsində azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. Bakı Beynəlxalq Hava Limanına çarter reysi ilə gələn "Çelsi" və "Arsenal" azarkeşləri üçün 40 marşrut avtobusu ayrılıb".

Azvision.az



Teqlər: BNA   Avroliqa   Final  





Xəbər lenti