250 mindən çox fermer qeydiyyata alınıb - FOTOLAR
Nazirliyin əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri fermerlərə öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil etmək üçün informasiya-məsləhət xidməti göstərirlər. Bundan başqa, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində və Masallı ASAN Xidmət Mərkəzində EKTİS-in tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb. Fermerlər bu pəncərələrə yaxınlaşaraq yeni sistemdə qeydiyyatdan keçmək üçün məsləhət xidməti alırlar. Könüllülər fermerlərə EKTİS-də şəxsi kabinet yaratmaq və məlumatları ardıcıl şəkildə sistemə daxil etməkdə köməklik göstərir.
Masallıda EKTİS-in tətbiqi ilə bağlı maarifləndirmə işləri çərçivəsində ilk iki gündə 1000-dən artıq fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları sistemə daxil ediblər.
Qeyd edək ki, mayın 25-dək ölkə üzrə 250 mindən artıq fermer EKTİS-də qeydiyyatdan keçib. EKTİS-də qeydiyyatdan keçənlər arasında Sabirabad, Şəki, Biləsuvar, Zaqatala və Cəlilabad rayonlarından olan fermerlər üstünlük təşkil edir.
AzVision.az