İran “altılıq”la razılaşdı

İran “altılıq”la razılaşdı
  23 Noyabr 2013    Oxunub:1125
Sanksiyalar aradan qalxır.
Biz “altılıq”la ortaq qərara yaxınıq. AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, bu açıqlama ilə altılıqla görüşdən sonra İran Xarici İşlər nazirinin müavini Abbas Araqçı çıxış edib. O, demək olar ki, bütün məsələlərdə razılığa gəldiklərini bildirib: “Biz artıq bütün məsələləri müzakirə etmişik. Yalnız iki-üç məsələdə ortaq nəticəyə gələ bilməmişik”.

Bundan əlavə ABŞ-ın vitse-prezidenti Co Bayden bu gün senatorlarla görüşündə bildirib ki, “Altılıq” ölkələri İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq istəyir”. O bildirib ki, İranla imzalanacaq müvəqqəti razılaşma bu ölkənin nüvə proqramının inkişafını geriyə atacaq: “Razılaşmanın məqsədi İranın nüvə gücünün araşdırılmasına imkan yaratmaqdır”.

C. Bayden əlavə edib ki, İrana qarşı tətbiq edilmiş sanksiyalar məhdud çərçivədə aradan qaldırılacaq: “Bu, ilk addımda İranın etimadını qazanmaq üçün həyata keçiriləcək”.



Teqlər:





Xəbər lenti