Misir Türkiyə səfirini ölkədən çıxartdı

Misir Türkiyə səfirini ölkədən çıxartdı
  23 Noyabr 2013    Oxunub:1097
Misir hakimiyyəti Türkiyə ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb və Ankaranın Qahirədəki səfirindən ölkəni tərk etməyi tələb edib. AzVision.az "Reyters" agentliyinə istinadən xəbər verir ki, belə bəyanatla bu gün Misir Xarici İşlər Nazirliyinin nümayəndəsi Bədr Abdel Atı çıxış edib.

Digər təfərrüatlar hələlik açıqlanmır.

Qeyd edək ki, Ankara əvvəllər dəfələrlə prezident Məhəmməd Mursinin devrilməsini kəskin tənqid edib. Türkiyə rəhbərliyi bildirib ki, "demokratik yolla seçilmiş ölkə rəhbərinin hakimiyyətdən uzaqlaşdırılması" qanuna ziddir və Misirə, onun iqtisadiyyatına və demokratik proseslərə ciddi zərbə vuracaq.


Teqlər:





Xəbər lenti