Bu gün işdən çıxarılan hakimlər kimlərdir? - Dosye (FOTO)
İclasda bildirilib ki, qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib.
Azvision.az-ın məlumatına görə, səlahiyyətlərinə xitam verilən Məmmədov Mübariz Sərxoş oğlu 1960-cı ildə anadan olub.
O, Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) Hüquq fakültəsini bitirib. 1987 - 1989-cu illərdə Salyan Rayon İcraiyyə Komitəsinin hüquq məsləhətçisi, Hüquq şöbəsinin müdiri, 1991 - 1993-cü illərdə Salyan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq və müdafiə şöbəsinin böyük məsləhətçisi, 1993-cü ildə Salyan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq və müdafiə şöbəsinin müdiri, 1993 - 1994-cü illərdə Sabirabad Rayon Prokurorluğunda stajçı müstəntiq, 1994 - 1996-cı illərdə Fizuli Qarnizon Hərbi Prokurorluğunda müstəntiq, 1996 - 1998-ci illərdə Hacıqabul Rayon Prokurorluğunda müstəntiq, 1998 - 2000-ci illərdə İmişli Rayon Prokurorluğunda müstəntiq, 2000 - 2005-ci illərdə Tərtər Rayon Prokurorluğunda müstəntiq, 2005 - 2006-cı illərdə Tərtər Hərbi Prokurorluğunda böyük müstəntiq, 2006 - 2011-ci illərdə Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə istintaq idarəsində müstəntiq, 2011 - 2015-ci illərdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2016-cı ildən isə Tərtər Rayon Məhkəməsinin hakimi işləyib.
İşdən çıxarılan Quba rayon məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu 1964-cü ildə anadan olub. O, Moskva Hüquq İnstitutunun Hüquq fakültəsini bitirib. 1992 - 1994-cü illərdə Masallı rayonu Əhalinin Məşğulluq Mərkəzində aparıcı hüquq fakültəsi, baş mütəxəssis-inspektor, 1995-ci ildə Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ümumi şöbəsində müfəttiş, 1995 - 2000-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ümumi şöbəsinin müdiri, 2001 - 2002-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Reklam idarəsində hüquqşünas, 2002 - 2004-ci illərdə Masallı rayonu Ərkivan Bələdiyyəsində hüquqşünas, 2005-ci iləd 'Dəştvənd' MMC-də baş hüquqşünas, 2005 - 2007-ci illərdə Lerik Rayon Hüquq Məsləhətxanasında vəkil, 2007 - 2008-ci illərdə Vəkillər Kollegiyasının üzvü (fərdi fəaliyyət göstərən vəkil), 2008-ci ildən isə Quba Rayon Məhkəməsinin hakimi olub.
Anar Kəlbiyev
Azvision.az