“Ölkəyə gələn mallar çoxdursa, deməli, alan da çoxdur” - Əli Əhmədov

“Ölkəyə gələn mallar çoxdursa, deməli, alan da çoxdur” -    Əli Əhmədov
  15 May 2019    Oxunub:3004
"Azərbaycanda inflyasiya birrəqəmli səviyyədədir. Ölkədə müxalifətin iddia etdiyi dərəcədə inflyasiya mövcud deyil"
Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, yay mövsümünün başlaması ilə əlaqədar ərzaq məhsullarının qiymətləri aşağı düşür və bu proses davam edəcək

"Ölkəyə idxalın artması insanların alıcılıq qabiliyyətinin artması deməkdir. Bir neçə ay əvvəl neft qiymətlərinin aşağı olması səbəbi ilə idxalın azalmasından şikayət edirdik. Alıcılıq qabiliyyəti azalmışdı, Azərbaycan xaricə məhsul idxal etsə də, ölkədə istifadə olunan məhsullarının böyük hissəsi idxal olunur. Həmçinin ölkəyə gələn mallar çoxdursa, deməli alan da çoxdur. İnsanların yaşayış səviyyəsi artıb. Buna kimsə başqa mənada qiymət verirsə, sadəcə olaraq onun məntiqi yerində deyil".

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda son zamanlar ixrac əhəmiyyətli dərəcədə artıb: "Azərbaycanda ixrac ölkəyə daxil olan mallardan əhəmiyyətli dərəcədə yüksəkdir, saldo müsbətdir. Bu müsbət tendensiyanı əhalinin yaşayış səviyyəsinin yaxşılaşması kimi hesab edirəm. İdxal ona görə artıb ki, son vaxtlar Azərbaycanda maaşlar, pensiyalar müavinətlər artıb".

Aytən Zəhra
Azvision.az



Teqlər: Əli-Əhmədov  





Xəbər lenti