Narkoloji Mərkəzi yandırana ömürlük həbs verildi

Narkoloji Mərkəzi yandırana ömürlük həbs verildi
  15 May 2019    Oxunub:2701
Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar saxlanılan şəxslərin məhkəməsi başa çatıb.

Azvision.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədova ömürlük həbs cəzası verilib.
Bundan əlavə, Telman Məmmədhəsənov 4 il, Mahir Abdullayev 3 il 6 ay, Afət Məmmədova 5 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, ötən ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində yanğın baş verib. Hadisə nəticəsində 25 nəfər həlak olub.

Azvision.az



Teqlər: Məhkəmə  





Xəbər lenti