“Ailələrimiz güclü olacaqsa, dövlətimiz də güclü olacaq” - Komitə sədri
"Müqəddəs kitabların hər birində ailə mühafizə olunur, müqəddəs hesab olunur. İslam dini ailəyə böyük diqqət yetirir. Biz vətəndaşlarımıza dinin, islamın ailə dəyərlərimizə necə gözəl yanaşdığını diqqətə çatdırmalıyıq. İslam deyir ki, nikaha ailə məsuliyyətini hiss etdikdən sonra daxil olun. İnsan ailə qurmaq üçün bioloji yetişkənlikdən savayı, psixoloji və iqtisadi baxımdan da hazır olmalıdır. Çünki ailə sosial qurumdur. Ailə iki mənin bir yerə gəlməsidir. O iki mən bizə çevrilməzsə, onun sonu dağılmaqdır. Azərbaycanda ailələrin dağılma faizi bir çox ölkədən aşağıdır. Bu sevindirici haldır. Bəzi ölkələrdə ailələrin 70 faizi boşanma ilə sona çatır", - deyə M.Qurbanlı vurğulayıb.
Komitə sədri diqqətə çatdırıb ki, 50 il birlikdə yaşayan ailələr var: "Onları efirlərdə göstərmək, təbliğ etmək lazımdır. Ailələrimiz güclü olacaqsa, əsgərimiz də, dövlətimiz də güclü olacaq".
Azvision.az