“Azərbaycanla imzalanması planlaşdırılan saziş yeni imkanlar açacaq” - Aİ səfiri
“Əməkdaşlığımız nə qədər dərinləşərsə, bir o qədər çox yeni imkanlar və sahələr açılacaq və bu da gələcək işlərə daha yaxşı meyillənməyə yardım edir”, – səfir qeyd edib.
Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı” həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığa imkan yaradır: “Konfransın bağlanışında Avropa İttifaqının komissarı Yohannes Hannın qeyd etdiyi kimi, yaxın bir neçə il ərzində yəqin ki, daha çox “Şərq Tərəfdaşlığı” ölkələrinin öz aralarında, o cümlədən ticarət və rəqəmsal iqtisadiyyat sahələrində əlaqələrdən daha çox istifadə etmələrinə diqqət yetirəcəyik. İmkanlar çoxdur”.
K.Yankauskas vurğulayıb ki, “Şərq Tərəfdaşlığı” Proqramının 10 illiyi münasibətilə keçirilən yüksək səviyyəli konfrans uğurlu keçib və orada gələcək əməkdaşlıqla bağlı gənclər tərəfindən çoxlu təkliflər irəli sürülüb: “Əlbəttə, təhsil bizim prioritetimiz olaraq qalacaq”.
O diqqətə çatdırıb, Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər həmçinin Prezident İlham Əliyevin Brüsseldə Avropa Şurasının sədri Donald Tusk ilə görüşündə də müzakirə olunub: “Yeni saziş, həmçinin aviasiya sazişi üzrə hələ qalmış işlər müzakirə edilib. İşi davam etdirməliyik. Ümidvaram ki, bunu ən yaxın zamanda tamamlayacağıq, nə tempimizi, nə də istəyimizi azaltmayacağıq. Çünki onlar (sazişlər) yeni imkanlar açacaq”. (Report)
Azvision.az
Teqlər: Aİ Azərbaycan