Baş prokuror Gəncədə qəbul keçirəcək

  15 May 2019    Oxunub : 850
Baş prokuror Gəncədə qəbul keçirəcək
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il mayın 24-də saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər, Samux və Göygöl rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluqdan Azvision.az -a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Gəncə şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Azvision.az

Teqlər: Baş-Prokuror   Qəbul