Naxçıvanda 97 min 41 ailə yaşayır

  15 May 2019    Oxunub : 1041
Naxçıvanda 97 min 41 ailə yaşayır
Hazırda Naxçıvan Muxtar Respublikasında 97 min 41 ailə yaşayır. Bunlardan 461-i aztəminatlı, 1353-ü qaçqın və məcburi köçkün, 224-ü isə şəhid ailəsidir.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, 1995-ci ildən bu günədək sosial qayğıya ehtiyacı olan ailələr üçün 521 ev tikilib və ya yenidən qurulub. Hazırda muxtar respublikada 1020-dən çox ailə təsərrüfatı fəaliyyət göstərir. Həmçinin sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə fərdi təsərrüfatının inkişaf etdirilməsinə və özünüməşğulluğunun təmin olunmasına köməklik göstərilir.

Muxtar respublikada yaşayan aztəminatlı ailələrə mütəmadi baş çəkilir, onların problemlərinin həlli istiqamətində müvafiq işlər görülür. Görülən işlərin nəticəsində 2019-cu il 1 yanvar tarixli statistik məlumatdan aydın olub ki, ötən illə müqayisədə aztəminatlı ailələrin sayında 44 faizədək azalma müşahidə olunub.

Azvision.az

Teqlər: Ailə   Naxçıvan