Naxçıvanda qanunsuz yaşayan 18 əcnəbi aşkarlanıb

Naxçıvanda qanunsuz yaşayan 18 əcnəbi aşkarlanıb
  15 May 2019    Oxunub:1512
Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər aprel ayında da davam etdirilib. Belə ki, muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 18 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, ötən ay Dövlət Miqrasiya Xidmətinə daxil olan 647 müraciətin 127-si əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına bərpa, eləcə də Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı olub.

Azvision.az




Teqlər: Naxçıvan   Miqrasiya  





Xəbər lenti