Con Kerri Vilnüsə gedəsi olmadı

Con Kerri Vilnüsə gedəsi olmadı
  23 Noyabr 2013    Oxunub:1166
ABŞ-ın dövlət katibi Con Kerri Vilnüsdəki Şərq tərəfdaşlığı sammitində iştirak etməyəcək. AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

O, Con Kerrinin sammitdə iştirakdan imtinasını iş qrafiki ilə əsaslandırıb. Dövlət katibini sammitdə müavini Viktoriya Nuland əvəz edəcək.

Cen Psaki Con Kerrinin Vilnüs səfərindən imtinasının Ukraynanın Avropa Birliyi ilə assosiativ sazişi imzalamaqdan vax keçməsi ilə əlaqəli olub-olmaması barədə sualı cavablandırmaqdan imtina edib.


Teqlər:





Xəbər lenti