Bakıda Olimpiya Festivalı ilə bağlı seminar - FOTO
Seminarda Avropa Milli Olimpiya Komitələrinin 40 ölkədən olan 70 nümayındəsi, eləcə də, Avropa Milli Olimpiya Komitəsinin nümayəndələri və AOK-un "Bakı 2019" üçün xüsusi yaradılmış Əlaqələndirmə Komissiyası iştirak edir.
Seminar Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə texniki planlaşdırma və oyun qabağı keçirilən əməliyyatların bütün aspektləri ilə tanışlıq fürsəti verməklə bərabər, onların "Bakı 2019" haqqında ən son məlumatlara sahib olma və komandalarla müvafiq təlimlər vermələri üçün təşkil olunur.
Burada onlar geniş mövzuları əhatə edən iclaslarda iştirak edir. O cümlədən idmançıların yerləşdirilməsi, akreditasiya nəqliyyat və digər mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edirlər. Bununla yanaşı 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı Əməliyyat Komitəsi Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərinə idmançılara təqdim olunacaq medallar da nümayiş etdiriləcək.
Nazir Azad Rəhimov Avropa ölkələrinin nümayəndə heyətlərinin rəhbərləinin Bakıya səfəri ilə bağlı bildirib ki, 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı bütün qitəni birləşdirəcək tarixi bir idman bayramı olacaq. A.Rəhimovun sözlərinə görə, bu gün seminarda idman arenalarının yarışa hazırlığı, Atletlər kəndindəki son durum, təhlükəsizlik, antidopinq və digər mühüm məsələlər müzakirə edilir.
Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komisiyyasının rəhbəri Corce Visaski çıxışında Bakıya gəldikləri üçün məmnunluğunu ifadə edib. O, Bakıda keçirilən görüşün əlaqələrin daha da güclənməsinə öz töhfəsini verəcəyini bildirib. Daha sonra nümayəndə heyətləri arasında müzakirələr aparılıb.
Aytən Zəhra
Azvision.az
Teqlər: Azad-Rəhimov Seminar Festival