Beynəlxalq ekspert Peşə Reabilitasiya Mərkəzində olub
Burada yaradılan şəraitlə tanış olan M.Elizabetə ƏƏSMN-nin Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi, əlilliyi olan şəxslərin yaradıcılıq nümunələri barədə foto-məlumatlarla zəngin “Əlillik qüsur deyil” kitab-albomu hədiyyə edilib.
Qonaq sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyası, ümumən onların cəmiyyətə inteqrasiyası sahəsində ölkəmizdə aparılan işlərin, həmçinin bu sahədə müasir tələblərə cavab verən belə bir Mərkəzin olmasının onda böyük maraq və xoş təəssüratlar yaratdığını vurğulayıb.
Azvision.az
Teqlər: ƏƏSMN