11 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

11 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
  04 May 2019    Oxunub:1452
Mayın 3-də həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 4 fakt üzrə çəkisi 11 kiloqramdan çox müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər soyğunçuluq etdiyinə görə məhkum olunan Aqşin Bədəlovdan 8 kiloqram 220 qram tiryək, 130 qram həşiş və 230,55 qram metamfetamin götürülüb.

Əldə edilən məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Anar İsmayılovda 0,672 qram marixuana aşkarlanıb.

Araşdırmalarla A.İsmayılova narkotik vasitəni satmış həmyerlisi Kamil Hüseynov da saxlanılmışdır. Evinə baxış zamanı oradan 2 kiloqram 11,671 qram marixuana götürülüb.

Daxil olan məlumat əsasında Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbiri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Məhərrəmov saxlanılıb, 450 qram marixuana aşkar edilib

Əldə edilən məlumat əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Rövşən Vahidovun evinə baxış zamanı 306,7 qram marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti