“Azərenerji” yay rejiminə keçir
Belə ki, elektrik stansiyalarında qüsurlu avadanlıqların dəyişdirilməsi, temperaturun yüksəlməsi ilə bağlı avadanlıqlarda yarana biləcək çatışmazlıqların vaxtında aradan qaldırılması, yay rejimi üçün maksimum güc rejiminin hazırlanması qarşıya xüsusi tapşırıq olaraq qoyulub. Eyni zamanda, yüksəkgərginlikli ötürmə xətlərində, o cümlədən yarımstansiyalarda təmir və yoxlama işlərinin aparılması, hava xətlərinin mühafizə zonasında baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması üçün xətlərin qoruq zonalarında xüsusi tədbirlərin həyata keçirilməsinə göstəriş verilib. Enerjisistemin idarəolunması işini qüsursuz həyata keçirmək üçün xarici mütəxəssislərin dəvət edilməsi, baş verə biləcək hər hansı qəza hallarında əks-qəza və sistem avtomatikasının işinə “Azərişıq” ASC ilə birgə baxılmasının təmin edilməsi də qarşıya məqsəd qoyulub”.
Xatırladaq ki, 2018-ci il iyulun 2-də “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza nəticəsində ölkə üzrə elektrik enerjisinin verilişində fasilə yaranmışdı. “Report”un hökumətdəki mənbələrə istinadən verdiyi məlumata görə, baş verən qəza nəticəsində ölkə iqtisadiyyatına 500 mln. manata yaxın ziyan dəyib.
Azvision.az
Teqlər: Azərenerji