DTX “Heydər zirvəsi”nə yürüş təşkil edib - FOTOLAR
Sonra Bakı şəhərindən müstəqil Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin adını daşıyan, Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan “Heydər zirvəsi”nə yürüşə başlanılıb. Yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib, ərazidə düşərgə salınıb.
Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları tam heyətdə mayın 2-də “Heydər zirvəsi”nə qalxaraq Ümummilli Liderin əziz xatirəsini yad ediblər və zirvədə Azərbaycanın Dövlət Bayrağını ucaldıblar.
Azvision.az
Teqlər: DTX