“Bu işlər dövlət tərəfindən tənzimlənməlidir, əks halda...” - PA rəsmisi
Onun sözlərinə görə, lakin bu işlər dövlət tərəfindən tənzimlənməlidir: "Belə olmasa, müxtəlif münaqişələr dini və etnik əsaslarla meydanda əmələ gəlir. Azərbaycan multikulturalizmin, tolerantlığın nadir məkanlarından biridir. Azərbaycan öz multikulturalizm siyasəti ilə tanınan ölkədir".
Ə.Nəcəfov qeyd edib ki, bugünkü qloballaşmanın önündə müxtəliflik məsələsi çox vacibdir: "Etnik müxtəliflik əslində tarixi, coğrafi, mədəni, sosial-iqtisadi, eləcə də siyasi faktorlar hesabına formalaşıb. Azərbaycan azsaylı dövlətlərdən biridir ki, dünya səviyyəsində bunu dövlət siyasətinin bir hissəsi kimi qəbul edib".
PA rəsmisinin sözlərinə görə, multikulturalizmin əhəmiyyətindən danışdıqda qeyd etmək lazımdır ki, bu, etnik mədəni müxtəlifliyin cəmiyyətdə müdafiə edilməsinə yönəlib. "Onun funksiyası multikulturalizmin müxtəliflik cəmiyyətində qorunub saxlanması ilə bağlıdır və Azərbaycan bu siyasəti illər boyu yürüdür. Bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub. İndi isə həmin siyasət onun davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Aytən Zəhra
Azvision.az
Teqlər: EtibarNəcəfov