DMX rəisi monteneqrolu nazirlə görüşüb - Fotolar

DMX rəisi monteneqrolu nazirlə görüşüb -  Fotolar
  03 May 2019    Oxunub:2925
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Monteneqronun Daxili işlər naziri Mevludin Nuhodzic ilə görüşüb.
DMX-dan Azvision.az -a verilən məlumata görə, qonaqları səmimi salamlayan Xidmət rəisi Azərbaycan və Monteneqro arasında mövcud olan sıx dostluq münasibətlərinin və qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, son illərdə iki dövlətin Prezidentlərinin qarşılıqlı səfərləri ölkələr arasında əməkdaşlığın ən yüksək səviyyəsinin göstəricisidir. Bundan başqa, ölkələrimizin parlamentləri arasında sıx əlaqələr var, iqtisadi, turizm və humanitar sahələrdə əməkdaşlıq inkişaf edir.



Xidmət rəisi Dövlət Miqrasiya Xidməti ilə Monteneqronun müvafiq qurumları arasında əməkdaşlığın əhəmiyyətinə toxunub. “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin respublikamızın ərazilərinin işğal olunması faktını özündə əks etdirən miqrasiya sahəsində ilk ikitərəfli saziş olduğunu diqqətə çatdırıb.



Səmimi qəbula görə təşəkkür edən Mevludin Nuhodzic Azərbaycanla Monteneqro arasında münasibətlərin hərtərəfli inkişafına və miqrasiya sahәsindә әmәkdaşlığın perspektivlәrinə toxunub. O, iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.



Görüşdə miqrasiyanın idarəedilməsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, qanunsuz miqrasiya ilə birgə mübarizə, turizm potensialının artırılması, sadələşdirilmiş viza siyasəti, səmərəli təcrübə və məlumat mübadiləsinin aparılmasının təmin edilməsi, həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi və digər məsələlər müzakirə olunub.



Monteneqronun Daxili işlər naziri Mevludin Nuhodzic Xidmətdə faəliyyət göstərən Heydər Əliyev muzeyi ilə tanış olub və muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Azvision.az


Teqlər: DMX   Monteneqro  





Xəbər lenti