Səudiyyə şəhzadəsi `Disneylend`ə 15 milyon xərclədi

Səudiyyə şəhzadəsi `Disneylend`ə 15 milyon xərclədi
  21 Noyabr 2013    Oxunub:1030
Səudiyyə Ərəbistanın şahzadəsi Fəhd-əs-Səlud universiteti qurtarmasını qeyd etmək məqsədilə Parisdəki “Disneylend”i 3 günlüyə “bağlatdıracaq”. Və bunun üçün 15 milyon avro ödəyib.
Gələn il mayın 22-dən 24-nə qədər şahzadənin 60 qonağı “Disneylend”də onun universiteti qurtarmağını qeyd edəcəklər.

Fəhd-əl-Səlud Səudiyyə Ərəbistanın vəliəhdi Nauf Əbdülləzizin üçüncü arvadı Maha bint Muhamməd bin Əhməd əs-Sudaridən olan oğludur.

Fəhd-əl- Səudun atabir qardaşı şahzadə Əl-Valid bin Təlal “Forbes”in milyaderlər siyahısında 26-cı yerdədir. Jurnalın məlumatına görə, onun 20 milyard dolları var. Amma bu xəbər çıxandan sonra şahzadə jurnala qəzəblənərək, onunla əlaqələrini kəsmişdi. Çünki dediyinə görə onun 20 yox, 29 milyard dolları var.

Nihadə


Teqlər:





Xəbər lenti