NATO sammitinin günü açıqlandı

NATO sammitinin günü açıqlandı
  16 Noyabr 2013    Oxunub:1137
NATO-nun sammiti 2014-cü ilin sentyabrın 4-5-də keçiriləcək.
Bu barədə təşkilatın Baş katibi Anders Foq Rasmussen bildirib.
Anders Foq Rasmussen Britaniyanın Baş naziri Devid Kameronun təşkilatın 2014-cü ildə keçiriləcək sammitinin Böyük Britaniyada keçiriləcəyi barədə bəyanatını da alqışlayıb.

NATO Baş katibi qeyd edib: "Bu sammit NATO üçün əlverişli imkan olacaq. Biz İSAF missiyamızın 2014-cü ilin sonunda başa çatmasını, həmçinin Əfqanistanda fəaliyyətimizin yeni mərəhələsini qeyd edəcəyik. Biz alyansımızın güclü, çevik olması və hər bir təhlükəsizlik çağırışına cavab verməyə hazır olması üçün müasirləşdirilməsi istiqamətində bundan sonra da addımlar atacıq".(trend)


Teqlər:  





Xəbər lenti