Universitet fənləri orta məktəblərdə tədris olunacaq

Universitet fənləri orta məktəblərdə tədris olunacaq
  13 Noyabr 2013    Oxunub:1015
`Son illər səhiyyəyə ayrılan vəsaitin həcmi artıb. 2014-cü ildə artım 8, 4 faiz gözlənilir. `

Bunu millət vəkili, Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov deyib. Onun sözlərinə görə,xəstəxanaların 10 il bundan əvvəlki vəziyyəti ilə bugünkü vəziyyəti arasında xeyli fərq var .

`O vaxt edilməyən əməliyyatlar bu gün həyata keçirilir. Səhiyyəmizdə son illər inkişaf var. Demirəm ki, problemlər yoxdur, əksinə çoxdur və gələcəkdə həllini tapacaq. Ali tibbi təhsildə ciddi islahatlar aparılır. Xaricə xəstə axını ilə bağlı pafoslu danışan insanlar adətən xırda problemi olan kimi xaricə üz tutur. Statistika göstərir ki, vəətndaşlaırn çoxu ölkədə müalicə olunur. Dünyada tibbi turizm dəbdədir. Başqa ölkədə müalicə olunmaq istəyənlərə heç kim mane ola bilməz. Müəyyən qrup insan İranda müalicəyə gedirsə, bu, o demək deyil ki, ölkədə maddi texniki baza yoxdur. Qonşu ölkələrdə müalicə alıb qayıdan xəstələrlə rastlaşırıq və orada edilən səhvləri düzəltməyə çalışırıq`.

Ə.Əmiraslanov onu da əlavə edib ki, `Təhsil Strategiyası`nın qəbul olunması təhsilin inkişafı üçün önəmlidir :` Yeni strategiyanın gələcəkdə həyata keçirilməsi üçün xeyli vəsait lazımdır. 12 illik təhsilə keçid nəticəsində ali məktəblərdə keçirilən bəzi fənlərin orta məktəblərdə tədris olunmasına yol açacaq.

Sevinc İltifat


Teqlər:  





Xəbər lenti