Gəncədə “Elektrobus”lar istehsal olunacaq
Növbəti ildən bu əməkdaşlıq daha da genişləndiriləcək. Belə ki, Gəncə Avtomobil Zavodunda Belarusun texnika istehsalı üzrə aparıcı müəssisələri ilə birlikdə yeni “Elektrobus”ların istehsalına başlanılması planlaşdırılır. İstehsala başlamazdan əvvəl Gəncədə belaruslu mütəxəsislərin iştirakı ilə monitoringlər keçiriləcək və şəhərdə hansı tutumlu “Elektrobus”lara ehtiyac olduğu müəyənləşdiriləcək. Bundan sonra tutumundan asılı olaraq kiçik və böyük qabaritli “Elektrobus”lar istehsal olunacaq. “Elektrobus”lar istifadəyə verilməzdən əvvəl şəhərin müxtəlif ərazilərində enerji dolduma stansiyaları quraşdırılacaq.
Söhbət zamanı Azərbaycan ilə Belarus arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu dilə gətirilib. Azərbaycanla Belarus arasında iqtisadiyyat və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən birgə layihələrin icrası, qarşılıqlı təcrübə mübadiləsi, işçi görüşlərinin təşkili və digər məsələlər müzakirə olunub.
Azvision.az
Teqlər: Gəncə Belarus Elektrobus