15 ildə 3200-dən çox məktəb binası tikilib

 15 ildə 3200-dən çox məktəb binası tikilib
  20 Dekabr 2018    Oxunub:13970
Təhsilin İnkişafına Dair Dövlət Strategiyasına əsasən son 5 ildə 500-dən, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.

Məlumatda, həmçinin qeyd edilib ki, ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingenti olan qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib.

“2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106 modul tipli məktəb quraşdırılıb. Cari ilin sonunadək 43 regionda 8120 şagird yerlik daha 137 modul tipli məktəbin quraşdırılması işləri başa çatdırılacaq”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   məktəb   tikinti  





Xəbər lenti