“Paşinyana dedim ki, niyə susmusan, Putindən qorxursan?” - Lukaşenko (VİDEO)
Lukaşenko Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyanın Azərbaycana silah satışı ilə bağlı narazılığına nece reaksiya verməsindən danışıb.
Belarus prezidenti Paşinyana xatırladıb ki, Azərbaycana silah satışında ikinci yeri İsrail, üçüncü yeri isə Türkiyə tutur. “Polonez”lər nəzərə alınarsa, yalnız dördüncü, ya da beşinci yeri Belarus tutur.
“Polonez”lər olmasa, onuncu olacağıq. Bax, niyə Belarusun üstünə hücum çəkirsən? Özününkülərə hücum edirsən ki, başqaları da anlasın? İndi sən danış, mən də susum”, - Lukaşenko əlavə edib.
Azvision.az
Teqlər: Lukaşenko