XİN-dən generalların Bakı görüşünə münasibət: “Bu, etimadın göstəricisidir” (VİDEO)

  12 Dekabr 2018    Oxunub : 3113
 XİN-dən generalların Bakı görüşünə münasibət: “Bu, etimadın göstəricisidir” (VİDEO)
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında baş tutacaq görüşə münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, nazir müavini jurnalistlərə açıqlamasında deyib ki, Bakıda belə bir görüşün keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir:

"Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq münasibətindədir. Həmçinin ABŞ-la Azərbaycanın münasibətləri strateji xarakter daşıyır. Bu, hər iki tərəfin Azərbaycana olan etimadının göstəricisidir. Azərbaycan belə yüksək səviyyəli görüşlərin keçirilməsi və çox vacib məsələlərin müzakirə olunması üçün platforma seçilib".

Nazir müavini, həmçinin qeyd edib ki, Azərbaycan beynəlxalq və vacib tədbirlərin mərkəzinə çevrilib: "Bu da ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasının göstəricisidir. Ölkəmiz müstəqillik dövründə bu sahədə böyük təcrübə qazanıb".



Anar Kəlbiyev
Azvision.az

Teqlər: XİN   Xələf-Xələfov