AQTA-da süd məhsulları istehsalçıları ilə görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət istiqamətləri barədə sahibkarlara məlumat verən Agentliyin sədr müavini Balarəhim Quliyev qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınmasının vacibliyini vurğulayıb. B.Quliyev sahibkarları prosesdə aktiv iştirak etməyə çağırıb.
Agentliyin sədrinin müşaviri Elxan Mikayılov diqqətə çatdırıb ki, topdan və pərakəndə satış məntəqələri sahibkarlardan yalnız qida məhsulları sahəsində subyektlərin dövlət reysterindən çıxarışını tələb edə bilərlər.
Sonda sahibkarların sualları cavablandırılıb və onların qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparıb.
Azvision.az