Xəzərdən 2,5 milyon tona yaxın zibil çıxdı

Xəzərdən 2,5 milyon tona yaxın zibil çıxdı
  28 Noyabr 2018    Oxunub:8848
Ətraf mühitin qorunması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) üçün əsas davamlı inkişaf meyarlarından biridir.
QSC-dən Azvision.az-a verilən xəbərə görə, ASCO gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan neftli şlamların, işlənmiş yağların, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.

"Cari ilin yanvar – sentyabr aylarının nəticələrinə görə, ASCO-nun həm sahil, həm də dəniz obyektlərində formalaşan 122944 ton çirkab məişət-təsərrüfat suyu, 5336 ton neftli döşəməaltı su, 229,582 ton işlənmiş sürtgü yağı, 49,277 ton yağlı əski, 22,792 ton sintetik propilen buraz kəndir qalığı, 160,42 ton şüşə məmulatları bağlanmış müqavilələr əsasında səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

Həmçinin, 87 ədəd yararsız akkumulyator, 55,103 ton rezin tullantısı, 211 ədəd yanacaq, 612 ədəd yağ və 368 ədəd hava süzgəcləri, 9,5 ton yararsız təşkilati avadanlıq və toner-katric, 40,86 ton keramik qırıntı, 6 ton asbest qalığı, 53,5 ton işlənmiş boya qabı və boya tullantıları, 318,899 ton taxta tullantı, 45 ton tibbi tullantı, 188,437 ton sellüloz (kağız-karton) tullantısı, 280,339 ton tekstil parça qalığı, 259,706 ton polimer əsaslı və plastmas tullantı, 749,416 ton qida qalığı aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 2,42 ton neft-su qarışığı və 41,25 ton müxtəlif ölçülü əşyalar yığılıb təhvil verilib".

Azvision.az


Teqlər: Xəzər   zibil  





Xəbər lenti