Əhalinin banklardakı əmanətləri 16,8 faiz artıb

 Əhalinin banklardakı əmanətləri 16,8 faiz artıb
  28 Noyabr 2018    Oxunub:8329
Mərkəzi Bankın məlumatına görə, oktyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz artaraq 8199,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az-a bildirilib ki, əmanətlərin 62,6 faizi xarici, 37,4 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə, xarici valyutada əmanətlər isə 1,8 faiz artıb.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti