Gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri artırıldı

Gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri artırıldı
  27 Noyabr 2018    Oxunub:8554
2019-cu ilin dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 milyon manat artaraq 23 mlrd 168 mln. manat, xərcləri ilkin proqnoza nisbətən 410 mln manat artaraq 25 mlrd. 190 mln. manat nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov 2019-cu ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi zamanı məlumat verib.

Nazir bildirib ki, 2019-cu il dövlət büdcəsinin gəlirlərinin artımı Dövlət Gömrük Komitəsinin xətti ilə artımlar hesabına baş tutacaq.

Onun sözlərinə görə, dövlət büdcəsinin kəsirinin 159 mln. artırılması hədəflənib. "Kəsir 159 mln. artırılaraq 2 mlrd. 22 mln. manat olacaq. Kəsirin ÜDM-də nisbəti dəyişməyəcək 2,5% təşkil edəcək”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti