47 dövlət əmlakı hərraca çıxarılıb
Paytaxtdakı qeyri-yaşayış sahələri kiçik sahibkarlıq fəaliyyəti üçün uyğundur. Bu obyektlərdən biri Səbail rayonu, Ş.Ələkbərova küçəsində yerləşir. Onun ümumi faydalı sahəsi 106.9 kv.m-dir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Sənaye Kombinatı”, “Sabunçu Ticarət Təchizat”, “Ağcabədi Aqrotexservis”, “Xaçmaz Mexanizasiya Nəqliyyat” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Özəlləşməyə çıxarılan nəqliyyat vasitələri 2005, 2007-ci illər, Nissan, Hyundai, QAZ, UAZ, Ford olmaqla vətəndaşlara təklif edilir. Dövlət əmlakları barədə ətraflı məlumatları Özəlləşdirmə portalında (privatization.az) əldə edən vətəndaş hərraclara elektron formada qatıla bilər. İstifadəçi operativ sifariş imkanları ilə hər seçdiyi əmlak üzrə potensial iştirakçıya çevrilə bilər. Bunun üçün qeydiyyatdan keçmək və müvafiq dövlət əmlakının ilkin qiymətinin 10%-i miqdarında beh ödəmək kifayətdir. Hərrac keçirilən gün isə iştirakçı statusu qazanan şəxslərlə yanaşı, prosesə maraqlı olanlar da keçirilən ünvana gələrək prosesi canlı və ya onlayn olaraq izləyə bilər.
Azvision.az