Quş əti və yumurta istehsalçılarına güzəşt edildi
Müraciətdə ASK yuxarıda qeyd edilən qərarın son iki ildə icrası dövründə toyuq və ərzaqlıq yumurta istehsalının əhəmiyyətli dərəcədə artdığını, idxal olunan məhsullara tətbiq edilən spesifik gömrük rüsumu sayəsində yerli istehsalın inkişaf etdiyini qeyd edib. Qərarın qüvvədə olma müddətinin uzadılmasının yerli istehsalın daha da rəqabət qabiliyyətli səviyyəyə yüksəlməsinə təkan verəcəyi bildirilib.
ASK-nın da təklifləri də nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 2018-ci il 7 noyabr tarixli 476 nömrəli qərarına uyğun olaraq, bir sıra məhsulların, o cümlədən quş əti və ərzaqlıq yumurtanın idxalına tətbiq olunan spesifik rüsumların qüvvədə olma müddəti 2019-cu ilin 15 dekabr tarixinədək uzadılıb.
Aytən Zəhra
Azvision.az