“Azərenerji” stansiyalarda təftiş işlərinə başladı
İlkin mərhələdə ölkə enerji sisteminin, eləcə də Cənubi Qafqazın ən böyük enerji müəssisəsi, qoyuluş gücü 2400 meqavat olan “Azərbaycan” istilik elektrik stansiyasının (İES) yenidən qurulması prosesinə start verilib. Əsas məsələlərdən biri burada ən müasir texnologiyalar tətbiq etməklə qoyuluş gücünün bərpa edilməsinə nail olmaqdır.
Bundan başqa, “Şimal-1”, “Səngəçal” və “Cənub” elektrik stansiyalarında təxirəsalınmaz tədbirlər görülür ki, bu da stansiyaların faydalı iş əmsalının artırılaraq qoyuluş gücünə çatdırılması məqsədini daşıyır.
Həmçinin, modul elektrik stansiyalar üzrə təftiş aparılıb. “Bakı”, “Şahdağ”, “Astara”, “Şəki” və “Xaçmaz” elektrik stansiyalarının aqreqatlarının əsaslı təmiri və gücləndirilməsi üçün texniki işlər görülür.
Gələcəkdə sistem təşkil edən bütün stansiyaların, yarımstaniyaların və xətlərin texniki göstəricilərinə uyğun vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər görüləcək.
Mərhələli şəkildə aparılması müəyyənləşdirilən tədbirlər ölkə enerji sisteminin stabil, təhlükəsiz və dayanıqlı iş rejimində fəaliyyət göstərməsi üçün həyati vacib əhəmiyyət kəsb edir.
Azvision.az
Teqlər: