Bakının mənzil bazarında bahalaşma var
N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində bahalaşma 2.57 faiz olub.
Ekspertin sözlərinə görə, ilkin mənzil bazarında qiymətlərdə ay ərzində 3.15 faiz artım müşahidə olunub.
N.İbrahimov vurğulayıb ki, payız ayları adətən daşınmaz əmlak bazarı üçün mövsum ayları sayılır:
“Birinci səbəb budur. Digər səbəb isə neft birjalarında bu ilin əvvəlindən davamlı qiymət artımının olmasıdır. Adətən neft bazarında qiymət artımı daşınmaz əmlak bazarına da öz təsirini göstərir”.
Azvision.az
Teqlər: